...

Azərbaycanlı sərmayədarlar İstanbulda xarici investisiyaların həcminə görə ikinci yeri tuturlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2010 10:44 (UTC +04:00)
2010-cu ilin birinci yarısında azərbaycanlı sərmayədarlar Türkiyənin ən iri şəhəri olan İstanbulda iqtisadiyyata qoyulan xarici investisiyaların həcminə görə ikinci yeri tuturlar. Bu barədə Anadolu agentliyi bazar günü İstanbul Ticarət Palatasının açıqladığı məlumatlara istinadən məlumat verib.
Azərbaycanlı sərmayədarlar İstanbulda xarici investisiyaların həcminə görə ikinci yeri tuturlar

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir R.Dərəxşan/

2010-cu ilin birinci yarısında azərbaycanlı sərmayədarlar Türkiyənin ən iri şəhəri olan İstanbulda iqtisadiyyata qoyulan xarici investisiyaların həcminə görə ikinci yeri tuturlar. Bu barədə Anadolu agentliyi bazar günü İstanbul Ticarət Palatasının açıqladığı məlumatlara istinadən məlumat verib.

Siyahıda birinci yeri Böyük Britaniya, üçüncü yeri isə Çexiyadan olan sərmayədarlar tuturlar.

İstanbulda sərmayə yatıran investorların sayına görə Azərbaycan üçüncü yeri tutur. Siyahıda ilk iki yeri İran və Almaniya tutub.

2010-cu ilin birinci yarısında cəmi 1403 xarici sərmayədar 254,8 milyon türk lirəsi (167,4 milyon dollar) kapitalla şirkət yaradıb.

Xəbər lenti

Xəbər lenti