...

Gürcüstan və Bolqarıstan vergi və gömrük inzibatçılığı sahəsində əməkdaşlıq edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2010 16:42 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 iyul /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan və Bolqarıstan vergi və gömrük inzibatçılığı sahəsində əməkdaşlıq edəcəklər. Gürcüstanın Maliyyə Nazirliyindən deyildiyi kimi, bu məqsədlə Gürcüstanın maliyyə naziri Kaxa Bainduraşvili Bolqarıstana səfər yola düşüb.

İyulun 25-27-də işgüzar səfər çərçivəsində Gürcüstanın maliyyə naziri Bainduraşvili Sofiyada bolqar həmkarı Saymon Cankovla görüşəcək.

Tərəflər vergi və gömrük inzibatçılığı sahəsində idarələrarası əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti