...

Bakıda ÜGT-nin Avropada potensialının artırılması üzrə regional ofisinin açılacağı vaxt müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2010 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və BMT-nin İnkişaf Proqramı gələcək əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edəcəklər. Bu barədə Komitənin "Gömrük" qəzetində yerləşdirilmiş məlumatda deyilir.

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura ilə görüşü zamanı dediyi kimi, Azərbaycan hökuməti ilə BMT İnkişaf Proqramının DGK-nin potensialının gücləndirilməsi və məlumatların ötürülməsinə dair şəbəkənin yaradılması üzrə birgə layihəsi gömrük xidmətləri sahəsində inkişafa müsbət təsir göstərib. Onun sözlərinə görə, Azərbaycanda gömrük xidmətlərinin təkmilləşdirilməsi üzrə birgə layihə çərçivəsində Gömrük Məcəlləsi layihəsi hazırlanıb və baxılması üçün ölkə hökumətinə təqdim edilib.

Bununla yanaşı, onun sözlərinə görə, artıq cari ilin noyabrında Bakıda Ümumdünya Gömrük Təşkilatının Avropada potensialının gücləndirilməsi üzrə regional ofisi açılacaq.

Əliyevin sözlərinə görə, hazırda ölkənin bütün gömrük-buraxılış məntəqələrində yenidənqurma işləri aparılır, işlər başa çatdıqdan sonra bütün mallar və nəqliyyat vasitələri gömrük nəzarətindən sadələşdirilmiş rejimdə keçəcək. Bu, ticarətin asanlaşdırılması və təhlükəsizliyin gücləndirilməsində mühüm rol oynayacaq.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçuranın sözlərinə görə, DGK və BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlıq bundan sonra da davam edəcək.

Xəbər lenti

Xəbər lenti