...

"Bank Standard" məşhur "WebMoney Transfer" elektron ödəniş sisteminin Azərbaycanda rəsmi tərəfdaşı oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2010 15:23 (UTC +04:00)
"Bank Standard" müştərilərinə İnternetdə maliyyə hesablaşmalarının olduqca rahat və əlverişli üsulu olan "WebMoney Transfer" elektron ödəniş sistemini təqdim edir. Bu sistem maksimal hesablaşma sürətini, pul vəsaitlərinin yüksək təhlükəsizliyini və toxunulmazlığını təmin edir. Bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.
"Bank Standard" məşhur "WebMoney Transfer" elektron ödəniş sisteminin Azərbaycanda rəsmi tərəfdaşı oldu

Azərbaycan, Bakı, 2 avqust /Trend/

"Bank Standard" müştərilərinə İnternetdə maliyyə hesablaşmalarının olduqca rahat və əlverişli üsulu olan "WebMoney Transfer" elektron ödəniş sistemini təqdim edir. Bu sistem maksimal hesablaşma sürətini, pul vəsaitlərinin yüksək təhlükəsizliyini və toxunulmazlığını təmin edir. Bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Hazırda "WebMoney Transfer" sistemi 11 milyondan artıq istifadəçini əhatə edir. Siz www.megastock.ru elektron kataloqunda toplanmış 12 mindən artıq İnternet mağazalarında bu sistemin ödəniş funksiyasından istifadə edə bilərsiniz. Eyni zamanda, sistem şəxsi biznesi qurmağa və İnternet vasitəsilə ödənişləri qəbul etməyə imkan verir.

"WebMoney Transfer" sistemi vasitəsilə İnternetdə aparılan ödəniş prosesi plastik kartlarla müqayisədə daha rahat və əlverişlidir. Sistemin mühüm üstünlükləri kart sifariş etməyə, bank hesabı açmağa və ya ödəniş apararkən şəxsi məlumatları açıqlamağa ehtiyacın olmamasıdır.

"WebMoney" sistemində qeydiyyat www.webmoney.ru saytında həyata keçirilir. Burada müştəriyə Z (ABŞ dollarının ekvivalenti) və ya E (avronun ekvivalenti) tipli elektron pul kisəsini yaratmaq və formal attestatı əldə etmək lazımdır. Daha sonra müştəri "Bank Standard"ın istənilən filialına müraciət edərək, şəxsiyyət vəsiqəsini təqdim edib, öz pul kisəsinin nömrəsini və köçürmək istədiyi məbləği bildirməlidir. Vəsait dərhal müştərinin elektron pul kisəsinə köçürülür.

Xəbər lenti

Xəbər lenti