...

Bakı-Moskva-Bakı marşrutu üzrə aviareyslərin reallaşdırılması cədvələ uyğun həyata keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2010 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir E.İsmayılov/

Bu gün Bakıdan Moskvanın "Domodedovo" hava limanına aviareyslərin yola salınmasında heç bir problem gözlənilmir. Bu barədə çərşənbə axşamı "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) məlumat verilib.

"Heç bir problem yoxdur. Bakıdan saat 10:40-da uçacaq reys cədvələ uyğun reallaşdırılacaq", - AZAL-dan deyiblər.

Artıq bir neçə gündür, "Domodedovo" hava limanından Bakı-Moskva-Bakı istiqaməti üzrə təyyarələrin uçuş cədvəlində geçikmə müşahidə olunur. Reyslərin gecikməsinə səbəb, Moskva vilayəti ərazisində torf bataqlıqlarının yanması olub. Görüntünün pis olması üzündən, aeroport təyyarələri yola sala və qəbul edə bilmir.

Xəbər lenti

Xəbər lenti