...

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə ilin əvvəlindən 4 100-dən çox müraciət daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2010 18:08 (UTC +04:00)
İyul ayı ərzində İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə 430-dan çox müraciət daxil olub. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə ilin əvvəlindən 4 100-dən çox müraciət daxil olub

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir N.İsmayılova/

İyul ayı ərzində İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə 430-dan çox müraciət daxil olub. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.

Müraciətlər, əsasən, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən güzəştli kreditlər, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib. Ümumilikdə isə, bu ilin əvvəlindən Telefon Məlumat Mərkəzinə 4 100-dən çox müraciət daxil olub.

Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, şikayət xarakterli müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılıb və nəticəsi barədə müraciətçilərə məlumat verilib.

2009-cu ilin 1 sentyabr tarixində fəaliyyətə başlayan İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinin əsas məqsədi sahibkarlığa dövlət dəstəyinin səmərəsinin daha da yüksəldilməsi, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, iş adamlarının iqtisadi və hüquqi informasiya ilə təminatının yaxşılaşdırılması, həmçinin, nazirliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı vətəndaşların suallarının qanunvericiliyə uyğun olaraq cavablandırılmasıdır.

Xəbər lenti

Xəbər lenti