...

Rusiya Prezidenti payızda Bakıya rəsmi səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2010 14:51 (UTC +04:00)
Rusiya Prezidenti Dmitri Medvedevin 2010-cu ilin payızında Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında ticari-iqtisadi münasibətlərin inkişafına təkan verəcək mühüm sənədlərin imzalanması gözlənilir. Bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin çərşənbə günü mətbuat konfransında bildirib.
Rusiya Prezidenti payızda Bakıya rəsmi səfər edəcək

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir N.İsmayılova/

Rusiya Prezidenti Dmitri Medvedevin 2010-cu ilin payızında Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında ticari-iqtisadi münasibətlərin inkişafına təkan verəcək mühüm sənədlərin imzalanması gözlənilir. Bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin çərşənbə günü mətbuat konfransında bildirib.

"Belə sənədlərə sərhədlərin delimitasiyası üzrə saziş, Samur çayı üzərindən avtomobil körpüsünün bərpası və onun su ehtiyatlarından istifadə, eləcə də diplomatik nümayəndəliklərin əmlak məsələlərinin nizamlanması üzrə saziş aiddir", - o bildirib.

Onun sözlərinə görə, sonuncu sənəd hələ də işlənmə prosesində olan "İnvestisiyaların təşviqi və qarşılıqlı müdafiəsi haqqında" saziş layihəsinə görə yubanır. İki ölkənin hökumətləri hələlik yalnız bir müvəqqəti xarakterli məsələ üzrə kompromis tapa bilmirlər. Azərbaycan onun Azərbaycan və Rusiyanın əməkdaşlığının bütün tarixinə aid edilməsini, Rusiya tərəfi isə onun 1992-ci ildən başlayan dövrü əhatə etməsində təkid edir.

RF Prezidentinin səfəri çərçivəsində Rusiyanın bir sıra regionları, hər şeydən əvvəl, Qaraçay-Çərkəz Respublikası ilə əməkdaşlıq üzrə iki-üç sənədin də imzalanacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti