...

"Azərbaycan Dəmir Yolları" QSC yubileyi münasibətilə biznes-forum keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2010 18:58 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC 130 illik yubileyini bayram etməyə və "1520 strateji tərəfdaşlıq" biznes-forumunun keçirilməsinə hazırlaşır. Bu barədə QSC-nin yayılan məlumatında deyilir. Hər iki tədbir oktyabrın 12-13-də Bakıda keçiriləcək.
"Azərbaycan Dəmir Yolları" QSC yubileyi münasibətilə biznes-forum keçirəcək

Azərbaycan, Bakı, 18 avqust /Trend/

"Azərbaycan Dəmir Yolları" QSC 130 illik yubileyini bayram etməyə və "1520 strateji tərəfdaşlıq" biznes-forumunun keçirilməsinə hazırlaşır. Bu barədə QSC-nin yayılan məlumatında deyilir. Hər iki tədbir oktyabrın 12-13-də Bakıda keçiriləcək.

Nazirlər Komitəsinin çar II Aleksandrın iştirakı ilə 1878-ci il iyunun 16-da keçirilən iclasında neft sahəsində dəmir yolunun tikintisi layihəsi təsdiq olunur. 20 kilometr uzunluğunda olan dəmir yolunun çəkilməsi isə "Poti-Tiflis" dəmir yolu cəmiyyətinə həvalə edilir. Cəmiyyət bir il altı ay ərzində xətlərin inşa edilməsini üzərinə götürür. Dəmir yolunun inşası 1879-cu ildə başa çatır. 20 yanvar 1880-ci ildə dəmir yolunun rəsmi açılışı olur.

Xəbər lenti

Xəbər lenti