...

Rusiyanın "Sibir" aviaşirkəti Moskvadan Tbilisiyə uçuşları yenidən bərpa edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2010 10:39 (UTC +04:00)
Avqustun 23-də Rusiyanın "Sibir" aviaşirkəti (S7 Airlines) Moskvadan Tbilisiyə uçuşları yenidən bərpa edəcək. Reyslər həftədə üç dəfə olmaqla bazar ertəsi, cümə axşamı və şənbə günləri "Airbus A319" təyyarəsi ilə həyata keçiriləcək.
Rusiyanın "Sibir" aviaşirkəti Moskvadan Tbilisiyə uçuşları yenidən bərpa edəcək

Gürcüstan, Tbilisi, 23 avqust /Trend, müxbir N.Kirsxaliya/

Avqustun 23-də Rusiyanın "Sibir" aviaşirkəti (S7 Airlines) Moskvadan Tbilisiyə uçuşları yenidən bərpa edəcək. Reyslər həftədə üç dəfə olmaqla bazar ertəsi, cümə axşamı və şənbə günləri "Airbus A319" təyyarəsi ilə həyata keçiriləcək.

Təyyarə saat 10:25-də Moskvadan havaya qalxacaq və 13:10-da Tbilisidə yerə enəcək. Tbilisidən əks-istiqamətə uçuş saat 14:00-da baş tutacaq. Təyyarə saat 16:50-da Moskvada yerə enəcək.

Rusiya ilə Gürcüstan arasında birbaşa reyslər iki il əvvəl Gürcüstan və Cənubi Osetiya arasında münaqişənin kəskinləşməsi səbəbindən kəsilib. O vaxtdan yalnız birdəfəlik çarter uçuşları həyata keçirilir.

Qeyd etmək lazımdır ki, avqustun 20-də Gürcüstanın "Airzena" aviaşirkəti də Moskvaya çarter uçuşlarını bərpa edib.

Xəbər lenti

Xəbər lenti