...

Azərbaycanda istiqraz buraxılışının maksimal həcminə dair tələblər təsdiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2010 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Nazirlər Kabineti "Emitentin istiqraz buraxılışının maksimal həcminə dair tələblər haqqında Qaydalar"ı təsdiq edib. Bu barədə Nazirlər Kabinetinin məlumatında deyilir. Bu qaydalar dövlət orqanları və bələdiyyələr tərəfindən emissiya edilən istiqrazlara şamil edilmir.

İstiqrazların buraxılışının maksimal həcmi aşağıdakı düsturlar sistemi ilə hesablanır:

Tn, təminat olduqda

Mn ≤ { n-1

k*A - Σ (Bi - Ci), digər hallarda

i=1

M- nəzərdə tutulan təmin edilməmiş istiqraz buraxılışının həcmi;

T - təmin edilmiş istiqrazlar üzrə təminatın dəyəri;

k - təmin edilməmiş istiqraz buraxılışının maksimal həcmi normativinin əmsalı. İstiqraz buraxılışının maksimal həcminin xalis aktivlərin dəyərinə nisbətdə tənzimlənməsi üçün tətbiq olunur;

Bi - hər bir əvvəlki istiqraz buraxılışının yerləşdirilmə prosesində olan, habelə yerləşdirilmiş, lakin ödənilməmiş hissələrinin məcmu nominal dəyəri;

Ci- hər bir əvvəlki təmin edilmiş istiqraz buraxılışının yerləşdirilmə prosesində olan, habelə yerləşdirilmiş, lakin ödənilməmiş hissələrinin məcmu nominal dəyəri;

n - emitentin yerləşdirilmə prosesində olan, habelə yerləşdirilmiş, lakin ödənilməmiş istiqraz buraxılışlarının sayı;

A - emitentin xalis aktivlərinin dəyəri.

Qeydiyyata alınmış uzunmüddətli kredit reytinqi dərəcəsinə malik olmayan və ya uzunmüddətli kredit reytinqi dərəcəsi müəyyən edilmiş reytinq dərəcəsindən aşağı olan emitentlər üçün təmin edilməmiş istiqrazlar buraxılışının maksimal həcm normativinin əmsalı 2 müəyyən edilir.

Qeydiyyata alınmış və ən azı "BBB" ("Standard&Poor's" və "Fitch" reytinq agentliklərinin klassifika-siyasına görə), "Baa3" ("Moody's" reytinq agentliyinin klassifikasiyasına görə) və ya digər reytinq agentliklərinin bu reytinq dərəcələrinə ekvivalent olan, uzunmüddətli kredit reytinqi dərəcəsinə malik emitentlər üçün təmin edilməmiş istiqrazlar buraxılışının maksimal həcm normativinin əmsalı 3 müəyyən edilir.

Uzunmüddətli reytinq dərəcəsindən aşağı reytinq dərəcəsinə malik olan və ya uzunmüddətli kredit reytinqi dərəcəsinə malik olmayan xarici emitentlər üçün Azərbaycan Respublikasının ərazisində təmin edilməmiş istiqrazların emissiyasına yol verilmir.

İstiqraz buraxılışının dövlət qeydiyyatına alınması üçün həmin maddə ilə müəyyən edilmiş sənədlərlə yanaşı, emitent Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə son maliyyə ili üzrə tərtib edilmiş və müstəqil auditor tərəfindən yoxlanılmış maliyyə hesabatlarını, son rüb üzrə tərtib edilmiş, emitentin rəhbər şəxsi və baş mühasibi tərəfindən təsdiq edilmiş maliyyə hesabatlarını təqdim etməlidir.

Xəbər lenti

Xəbər lenti