...

"Azersun Holding" Rusiyada çay istehsalı fabriki açıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2010 20:01 (UTC +04:00)
Azərbaycanın iqtisadi inkişafına böyük kömək göstərən "Azersun Holding" avqustun 31-də Rusiyanın Krasnodar vilayətinin Beloreçensk şəhərində çay istehsalı fabriki açıb.
"Azersun Holding" Rusiyada çay istehsalı fabriki açıb (FOTO)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın iqtisadi inkişafına böyük kömək göstərən "Azersun Holding" sentyabrın 2-də Rusiyanın Krasnodar vilayətinin Beloreçensk şəhərində çay istehsalı fabriki açıb. Bu barədə holdinqin cümə axşamı yayılan məlumatında deyilir.

Elə bu şəhərdə də konserv zavodunun təməli qoyulub. Tədbirdə hökumət və dövlət strukturlarının nümayəndələri, şəhər meri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Holdinqin İdarə Heyətinin sədri Abdulbari Gözəlin sözlərinə görə, istismara verilən çay fabriki və tikilən konserv zavodu Azərbaycan-Rusiya əməkdaşlığının bariz nümunəsidir. "Bu müəssisələr gələcəkdə iki ölkə arasında münasibətlərin möhkəmlənməsində mühüm rol oynayacaq", - Gözəl qeyd edib.

Zavod beş hektar ərazidə yerləşib və örtülü tikilmiş ərazi 12 min kvadratmetrə bərabərdir. Bu zavodun planlaşdırılan gücü ildə 50 milyon banka təşkil edir. Müəssisədə tomat məhsullarının, eləcə də yaşıl noxud, turşu xiyar və konservləşdirilmiş qarğıdalı və tələbat olan digər meyvə-tərəvəz konservlərinin buraxılması planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti