...

Unibank "Visa günləri" lotereya aksiyası çərçivəsində üçüncü tiraja yekun vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2010 12:50 (UTC +04:00)
Sentyabrın 1-də "Unibank" yay aylarında "VİSA" plastik kartlarının bütün sahibləri üçün keçirdiyi "VİSA günləri" lotereya aksiyası çərçivəsində mükafatların sonuncu - üçüncü tirajına yekun vurub.
Unibank "Visa günləri" lotereya aksiyası çərçivəsində üçüncü tiraja yekun vurub

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Sentyabrın 1-də "Unibank" yay aylarında "VİSA" plastik kartlarının bütün sahibləri üçün keçirdiyi "VİSA günləri" lotereya aksiyası çərçivəsində mükafatların sonuncu - üçüncü tirajına yekun vurub. Bu barədə bankın məlumatında deyilir.

Türkiyəyə səyahətin sahibi daxil olmaqla, bütün qaliblər sentyabrın 1-də müstəqil müşahidəçilər, jurnalistlər və bankın müştərilərindən təşkil olunan lotereya komissiyasının iştirakı ilə müəyyən ediliblər. Seçim bankın baş ofisində avqust ayının 10-dan 31-dək bankomatlar, POS-terminallar və internet vasitəsilə 147 minə yaxın əməliyyat yerinə yetirmiş 3375 "VİSA" kart sahibləri arasında aparılıb. Bu zaman ən azı 20 AZN/USD/EUR/GBP məbləğində olan hər bir əməliyyat "Unibank" tərəfindən uduş üçün bir şans kimi qiymətləndirilib, mükafatların sahibləri isə təsadüfi kompüter seçimi üsulu ilə təyin edilib.

İlk növbədə komissiyanın üzvləri "Canon A490" markalı rəqəmsal fotokameraların üç sahibini müəyyən ediblər. Daha sonra, "VİSA" kartlarından fəal surətdə iştifadə edənlər arasında üç ədəd "I-pod" musiqi pleyerləri oynanılıb. "VİSA günləri" aksiyasının üçüncü tirajının nəticələrinə görə Türkiyəyə bir həftəlik turun sahibi bankın müştərisi A.M.Əsədov olub. Tirajın yekunları bank tərəfindən kütləvi informasiya vasitələrində dərc ediləcək.

Lotereya aksiyasında "Unibank"ın emissiya etdiyi bütün növ fərdi "VİSA" kartlarının 6594 sahibi (bank əməkdaşlarının kartları istisna olmaqla) iştirak edib.

Xəbər lenti

Xəbər lenti