...

Dağıstanda dəmiryolda baş vermiş partlayış azərbaycanlı sərnişinlərin lazımi məntəqəyə çatmağına mane olmayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2010 16:28 (UTC +04:00)
Dağıstan ərazisində Kizlyar-Qarabaqlı mənzilində yük qatarının partlaması ilə əlaqədar olaraq hazırda Azərbaycandan Rusiyaya və geriyə hərəkət edən qatarlardakı sərnişinlərin başqa qatarlara keçirilməsini təmin etmək üçün hazırlıq işləri aparılır.
Dağıstanda dəmiryolda baş vermiş partlayış azərbaycanlı sərnişinlərin lazımi məntəqəyə çatmağına mane olmayacaq

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir E.İsmayılov/

Dağıstan ərazisində Kizlyar-Qarabaqlı mənzilində yük qatarının partlaması ilə əlaqədar olaraq hazırda Azərbaycandan Rusiyaya və geriyə hərəkət edən qatarlardakı sərnişinlərin başqa qatarlara keçirilməsini təmin etmək üçün hazırlıq işləri aparılır. Bu barədə çərşənbə axşamı "Azərbaycan Dəmir Yolları" QSC-dən bildiriblər.

Məlumata görə, yük qatarının partlaması, teplovoz və bir neçə vaqonun relsdən çıxması ilə bağlı hazırda sərnişinlərin Bakı-Moskva qatarından Sankt-Peterburqdan Bakıya və geriyə hərəkət edən qatara yerləşdirilməsini təmin etmək üçün işlər aparılır.

"Sankt-Peterburq - Bakı reysinin sərnişinləri Azərbaycan paytaxtına qayıdan Bakı-Moskva qatarına yerləşdiriləcəklər. Öz növbəsində Bakı-Moskva reysinin sərnişinləri Sankt-Peterburq - Bakı qatarına yerləşdiriləcək və Rusiya paytaxtına göndəriləcəklər", - mənbə bildirib.

Həmçinin, mənbənin sözlərinə görə, hazırda Azərbaycanın Rusiya ilə sərhədində Bakı-Tümen qatarı var. O, yerli vaxtla 23:00-da hadisə yerinə çatacaq.

"Hesab edirəm ki, bu vaxta qədər problem həll olunacaq və hərəkət bərpa olunacaq", - mənbə vurğulayıb.

Son vaxtlar Dağıstan ərazisində partlayış halları çoxalıb. Partlayışlar qatarların hərəkət qrafikinə mənfi təsir göstərməklə yanaşı, əhalini bu nəqliyyat növündən istifadə etməklə bağlı qorxuya salır.

Xəbər lenti

Xəbər lenti