...

Azərbaycan bankı "AccessBank" növbəti regional filialını açdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2010 16:56 (UTC +04:00)
Azərbaycan bankı "AccessBank" Azərbaycanın ən qədim şəhərlərindən biri olan Bərdədə növbəti regional filialını açıb. Yeni filialın açılması ilə filialların sayı 28-ə çatıb.
Azərbaycan bankı "AccessBank" növbəti regional filialını açdı

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Azərbaycan bankı "AccessBank" Azərbaycanın ən qədim şəhərlərindən biri olan Bərdədə növbəti regional filialını açıb. Yeni filialın açılması ilə filialların sayı 28-ə çatıb. Bu barədə bankın çərşənbə axşamı yayılan məlumatında deyilir.

"AccessBank"ın filiallarının sayı ilbəil artaraq tədricən ölkənin bütün regionlarını əhatə edir. Regionlarda filial şəbəkəsinin genişləndirilməsi əhaliyə hər növ bank xidmətləri göstərərək, respublikada biznesin inkişafına şərait yaratmağa və əhalinin həyat səviyyəsini artırmağa kömək edir. Bankın əksər filialları kimi, yeni filial da həm fiziki, həm də hüquqi şəxslərə tam çeşidli xidmətlər göstərəcək. Buraya sürətli pulköçürmə sistemləri, cari və depozit hesablarının açılması, VISA plastik kartları, həm ölkə daxili, həm də xaricə pul köçürülməsi, eləcə də kiçik biznes və istehlak kreditlərinin verilməsi daxildir.

"Azərbaycan regionlarının iqtisadi inkişafında aparıcı investorlardan birinə çevrilmiş "AccessBank" bu gün kənd təsərrüfatının maliyyələşdirilməsi üzrə aparıcı bankdır. Bərdə filialının açılması bu məqsədlərimizi gələcəkdə də həyata keçirməyə imkan yaradacaq", - "AccessBank"ın baş meneceri Endryu Pospilovski deyib.

"АccessBank"ın missiyası aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. "АccessBank" beynəlxalq "Fitch" reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (BB+), həmçinin, "Euromoney" Nəşriyyat Qrupu tərəfindən "2010-cu ildə Azərbaycanın ən yaxşı bankı" kimi tanınıb. "AccessBank" 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hər biri 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən "Access Holding" (16,5%) və Almaniyanın LFS Financial Systems GmbH (3,5%) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti