...

BVF Bakıda "Məlumatların yayımlanmasının ümumi standartları" mövzusunda seminar keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2010 19:27 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu (BVF) statistik məlumatların yayılmasının xüsusi standartlarına (SDDS) cavab verməkdə maraqlı olan ölkələr üçün seminarlar təşkil edir.
BVF Bakıda "Məlumatların yayımlanmasının ümumi standartları" mövzusunda seminar keçirir

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Beynəlxalq Valyuta Fondu (BVF) statistik məlumatların yayılmasının xüsusi standartlarına (SDDS) cavab verməkdə maraqlı olan ölkələr üçün seminarlar təşkil edir. Növbəti belə seminarlardan biri Azərbaycan hökuməti ilə müştərək olaraq həyata keçirilir.

Sentyabrın 21-23 tarixlərində Bakıda "Məlumatların yayımlanmasının ümumi standartları" (GDDS) mövzusunda keçirilən seminara Yaxın Şərq və Orta Asiyadan olan mütəxəssislər, eyni zamanda, Mərkəzi Bankın Statistika departamentinin əməkdaşları dəvət olunublar. Bu barədə Azərbaycan Mərkəzi Bankının çərşənbə günü yayılan məlumatında deyilir.

Seminarın keçirilməsində əsas məqsəd iştirakçılara "Məlumatların yayılmasının xüsusi standartlar"ı haqqında məlumat vermək, mövcud GDDS sistemindən SDDS standartlarına keçid üçün fəaliyyət proqramlarını hazırlamağı öyrətməkdir.

Üç gün davam edəcək seminarda iştirakçılar BVF-in nümayəndə heyəti ilə də müzakirələr aparmaq imkanı əldə edəcəklər.

Xəbər lenti

Xəbər lenti