...

Azərbaycanda reklam fəaliyyəti sahəsində qanunvericiliyin pozulması faktları aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2010 16:44 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı 8 təsərrüfat subyekti tərəfindən qanunvericiliyin tələblərinə əməl edilmədən hazırlanmış reklam materialları müəyyən olunub.
Azərbaycanda reklam fəaliyyəti sahəsində qanunvericiliyin pozulması faktları aşkar olunub

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir N.İsmayılova /

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı 8 təsərrüfat subyekti tərəfindən qanunvericiliyin tələblərinə əməl edilmədən hazırlanmış reklam materialları müəyyən olunub. Bu barədə cümə axşamı nazirlikdən verilən məlumatda deyilir.

Qanun pozuntularının aradan qaldırılması barədə təsərrüfat subyektlərinə müvafiq göstərişlər verilib. Bundan əvvəl Dövlət Xidməti tərəfindən 10 təsərrüfat subyektinə məxsus küçə reklamlarında qanunvericiliyin tələblərinin pozulması aşkar edilib və bu reklamların qanunvericiliyin tələblərinə uyğunlaşdırılması təmin olunub.

Xəbər lenti

Xəbər lenti