...

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu saytının yenilənmiş versiyasını təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2010 17:59 (UTC +04:00)
Cümə axşamı Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun saytının versiyasının təkmilləşdirilməsi üzrə təqdimat mərasimi keçirilib.
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu saytının yenilənmiş versiyasını təqdim edib

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir А.Axundov/

Cümə axşamı Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun saytının versiyasının təkmilləşdirilməsi üzrə təqdimat mərasimi keçirilib.

"Saytın yeni versiyasında daha böyük informasiya tutumu və Fondun işinin şəffaflığını təmin etməklə bağlı tapşırıqları yerinə yetirməyə çalışmışıq", - cümə axşamı Fondun sədri Səlim Müslümov saytın təqdimatında deyib.

Yenilənmiş sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək. "Saytda Fondun bütün fəaliyyət istiqamətləri üzrə məlumatlar yerləşdirilib", - Müslümov deyib.

Saytda Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri, DSMF qeydiyyatında olan hər bir sığortalanmış şəxsin orta aylıq əməkhaqqının məbləği, sosial sığorta vəsiqələrinin təsdiqi gedişatı, sığortalanmış, fərdi hesab sistemində qeydiyyatdan keçmiş şəxslər haqqında məlumat yerləşdirilib.

"Bizim əsas məqsədimiz yeni sayt vasitəsilə Fondun hər bir müştərisinə lazım olan məlumatı almaq imkanı yaratmaq və onlara ayrılmış sosial məbləğə nəzarət etməkdir", - Müslümov deyib.

Onun sözlərinə görə, Fondun hər bir müştərisi haqqında tam məlumat 2011-ci ildə çıxacaq.

"Hazırda 2006-2010-cu illərdə sosial ödənişlər haqqında məlumatlar toplanılır. İlin sonuna qədər 2006-cı ilə kimi əmək stajı haqqında məlumat toplanması üzrə işlər tamamlanacaq. Növbəti il sosial sığortalama haqqında vəsiqəsinin nömrəsini daxil edən hər bir şəxs onu maraqlandıran məlumatı tapa bilər", - Müslümov deyib.

Müslümovun sözlərinə görə, Fond daxilində həyata keçirilən nəzarət ictimai nəzarətlə əvəz olunacaq.

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun saytı 2004-cü ildən fəaliyyət göstərir. Saytın elektron ünvanı "www.sspf.gov.az"dır.

Xəbər lenti

Xəbər lenti