...

2011-ci il Dövlət Büdcəsinin proqnozları Azərbaycan Parlamentinə təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2010 12:03 (UTC +04:00)
Azərbaycan Parlamentinə dövlət büdcəsinin və icmal büdcənin layihələri, 2011-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası təqdim olunub.
2011-ci il Dövlət Büdcəsinin proqnozları Azərbaycan Parlamentinə təqdim olunub

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Parlamentinə dövlət büdcəsinin və icmal büdcənin layihələri, 2011-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası təqdim olunub.

Cümə günü mətbuatda dərc olunmuş "2011-ci il Dövlət Büdcəsi haqqında" qanuna görə, gələn il dövlət büdcəsinin gəlirləri 12 milyard 061 milyon manat, eləcə də mərkəzləşdirilmiş xərclər 11 milyard 614 milyon manat, yerli xərclər 447,04 milyon manat təşkil edir.

Xərclər hissəsi isə 12 milyard 748 milyon manat, mərkəzləşdirilmiş xərclər 12 milyard 748 milyon manat, yerli xərclər 1 milyard 308 milyon manat həcmində nəzərdə tutulur.

Strukturda Dövlət Neft Fondunun transfertlərindən əldə olunan gəlirlər 6 milyard 48 milyon manat səviyyəsində gözlənilir. Dövlət büdcəsi kəsirinin ən yüksək həddi 687 milyon manat səviyyəsində nəzərdə tutulub.

İcmal büdcənin xərclərinin maksimum həddi 15 milyard 129 milyon manat səviyyəsində proqnozlaşdırılır. DNF-nin gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 8 milyard 705 milyon manat səviyyəsində proqnozlaşdırılıb.

Proqnozlar neftin bir barelinin qiymətinin 60 dollar səviyyəsində olması nəzərə alınmaqla hazırlanıb.

Oktyabrın 1-nə rəsmi məzənnə 0,8026 AZN/USD təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti