...

Azərbaycan Mərkəzi Bankı qeyri-bank kredit təşkilatları bazarının payının artırılmasını nəzərdə tutur

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2010 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir N. İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) "Qeyri-bank kredit təşkilatları haqqında" qanun çərçivəsində normativ aktların qüvvəyə minməsi səbəbi ilə ölkədə qeyri-bank kredit təşkilatları bazarının payının artırılmasını nəzərdə tutur. Bu barədə çərşənbə axşamı AMB-nin Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin rəhbəri Rəşad Orucov deyib.

"Bu sahəyə böyük maraq var və AMB-yə daxil olan müraciətlər buna sübutdur. Bazarda kredit təşkilatlarının xidmətinə yüksək tələbatla bağlı bu sahədə artım gözləyirik; belə ki, bu gün bank bazarında onun payı aşağıdır, lakin sürətli artım üçün potensial var", - Orucov deyib.

Onun sözlərinə görə, AMB tərəfindən qeyri-bank kredit təşkilatları haqqında qəbul edilən qanundan sonra, artıq qüvvədə olan normativ aktlar işlənib-hazırlanır. Qaydalara əsasən, ticari QBKT üçün nizamnamə kapitalına minimum tələb 300 min manat, humanitar təşkilatlar üçün isə 30 min manat təşkil edir.

"AMB-yə rəsmi müraciətlər hələ daxil olmayıb, lakin yeni kredit təşkilatlarının təsisçiləri artıq sənədlərin verilməsinə hazırlaşır", - o deyib.

Onun sözlərinə görə, qaydalar artıq qüvvəyə minib və yeni təşkilatların lisenziyalaşdırılmasında tətbiq olunacaq, fəaliyyətdə olanlar isə növbəti ayın 1-dən yeni qaydalar üzrə hesabların təqdimatına başlayacaqlar.

Xəbər lenti

Xəbər lenti