...

Azərbaycan Nəqliyyat Nazirliyi cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi layihəsi çərçivəsində tenderin tarixini təxirə salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2010 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Azərbaycan Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC Masallı-Astara avtomobil yolunun yenidən qurulması layihəsinin daxil olduğu cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi layihəsi çərçivəsində tenderin tarixini təxirə salıb. İşlər Asiya İnkişaf Bankından alınan vəsaitlər hesabına görüləcək.

Bundan əvvəl tenderin başlanması avqustun 30-na, yekunların keçirilməsi isə oktyabrın 22-nə planlaşdırılmışdı. Yeni şərtlərə əsasən, tender oktyabrın 8-də başlayacaq və noyabrın 3-də başa çatacaq.

Tender Masallı-Astara avtomobil yolunun "B" hissəsinin (uzunluğu 22,85 km olan ikizolaqlı yolun 22,15-45 kilometrlikləri, iki müxtəlif səviyyəli yolayırıcıları, 11 körpü, drenaj sisteminin quraşdırılması) və Masallı-Astara avtomobil yolunun "C" hissəsinin (uzunluğu 16,4 km olan ikizolaqlı yolun 45-61,4 kilometrlikləri, iki müxtəlif səviyyəli yolayırıcıları, 7 körpü və drenaj sistemin quraşdırılması) tikintisini nəzərdə tutur.

Maraqlanan şəxslər əlavə məlumatı aşağıda göstərilən ünvandan əldə edə bilərlər:

Bakı ş, Ü.Hacıbəyov küç, 72/4,

tel: 994 12 493 00 45,

faks: 994 12 493 46 65,

еmail: [email protected].

Əlaqələndirici şəxs: Adil Qocayev.

Xəbər lenti

Xəbər lenti