...

Azərbaycanda 9 ay ərzində 76 adda ərzaq və qeyri-ərzaq məhsullarının istehsalı və satışı qadağan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2010 16:41 (UTC +04:00)
Yanvar-sentyabr aylarında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 76 adda ərzaq və qeyri-ərzaq məhsullarının istehsalı və satışını qadağan edib.
Azərbaycanda 9 ay ərzində 76 adda ərzaq və qeyri-ərzaq məhsullarının istehsalı və satışı qadağan edilib

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir A.Axundov/

Yanvar-sentyabr aylarındaStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 76 adda ərzaq və qeyri-ərzaq məhsullarının istehsalı və satışını qadağan edib. Bu barədə Komitənin bazar ertəsi yaydığı məlumatda deyilir.

Dövlət nəzarəti tədbirləri 1468 təsərrüfat subyektində həyata keçirilib.

Monitorinqlər zamanı ümumi dəyəri 230,5 min manat olan məhsulların normativ sənədin tələblərinə uyğun olmadığı müəyyən olunub. Komitə tərəfindən keyfiyyətsiz və təhlükəli məhsul istehsal və idxal edən təsərrüfat subyektlərinə 270 adda məhsul üzrə iradnamə, 76 adda məhsul üzrə istehsal və satışı qadağan edən tələbnamə verilib. 122 ədəd protokol tərtib olunaraq, 126 min manat məbləğində cərimə kəsilib.

Xəbər lenti

Xəbər lenti