...

2011-ci ildə Azərbaycan dövlət büdcəsi hesabına sahibkarların güzəştli maliyyələşdirmə layihələrini azaldacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2010 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində 2012-ci ildən etibarən ölkədə toyuq ətinə və damazlıq yumurtalara olan tələbat daxili istehsal sayəsində tam təmin olunacaq. Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan Milli Məclisinin plenar iclasında 2011-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

"Milli Fond ölkədə taxıl ehtiyatlarının yaradılması üçün lazımi infrastrukturun formalaşdırılması məqsədilə layihələri də maliyyələşdirib", - Mustafayev qeyd edib.

SKMF ümumi tutumu 266 min ton olan 16 taxıl anbarının tikintisini maliyyələşdirib və 2010-cu ilin sonunadək ümumi tutumu 160 min ton taxıl olan iki anbar fəaliyyət göstərməyə başlayacaq ki, bu da ölkənin taxıl fondunun həcminə bərabərdir.

Milli Fondun güzəştli kreditləri hesabına ümumi tutumu 70 min ton olan 23 soyuducu anbar kompleksi də tikilib. Onlardan 12 soyuducu kompleks istismara verilib, 11 kompleksin tikintisi isə davam etdirilir.

2011-ci ildə dövlət büdcəsindən SKMF-nin kredit portfelinin formalaşdırılmasına 34 milyon manat, Naxçıvan Muxtar Respublikasında isə analoji fondun fəaliyyətinin təmininə 6 milyon manat ayrılacaq.

İlkin proqnozlara görə, dövlət büdcəsi hesabına 2010-cu ildə güzəştli şərtlərlə 115 milyon manat, o cümlədən 44 milyon manatlıq kreditlərin verilməsi gözlənilir.

2010-cu ildə Fondun maliyyələşdirilmə üçün prioritet istiqamətləri kənd təsərrüfatı, yüngül və ərzaq sənayesinin inkişafı seçilib.

2009-cu ildə SKMF səlahiyyətli kredit təşkilatları vasitəsilə 130 milyon manat məbləğində 21 mindən çox kredit verib. Beləliklə, ötən il 2008-ci illə müqayisədə SKMF-nin vəsaitləri sayəsində güzəştli kreditlər alan sahibkarların sayı 2,6 dəfə, kreditlərin həcmi isə 48 faiz artıb.

SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara səlahiyyətli bank və bank olmayan kredit təşkilatları vasitəsilə kreditlər verilir. Onların ümumi sayı 36-dır.

Oktyabrın 13-nə olan rəsmi məzənnə 0,8018 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti