...

Azərbaycanda 4 əczaçılıq obyektinin fəaliyyəti dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2010 17:03 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyinin keçirdiyi reydlər zamanı nazirliyinin icazəsi olmadan ölkəyə gətirilən və yararlıq sertifikatına malik olmayan 5974 qutu və istifadə müddəti bitmiş 110 qutu dərman preparatları müsadirə olunub.
Azərbaycanda 4 əczaçılıq obyektinin fəaliyyəti dayandırılıb

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Səhiyyə Nazirliyinin keçirdiyi reydlər zamanı nazirliyinin icazəsi olmadan ölkəyə gətirilən və yararlıq sertifikatına malik olmayan 5974 qutu və istifadə müddəti bitmiş 110 qutu dərman preparatları müsadirə olunub. Bu barədə bazar ertəsi nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə, əczaçılıq fəaliyyəti qaydalarının, o cümlədən dərman preparatları və tibb ləvazimatlarının alınması, saxlanması, satılması və keyfiyyətinin qanunauyğunluğunu yoxlamaq məqsədi ilə Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət şöbəsinin mütəxəssisləri tərəfindən 15 avqust - 1 oktyabr tarixləri arasında ölkə ərazisində fəaliyyət göstərən 103 aptek təşkilatlarında reydlər keçirilib.

Eləcə də xüsusi razılıq (lisenziya) olmadan qanunsuz əczaçılıq fəaliyyəti göstərən 4 obyekt aşkarlanaraq fəaliyyətləri dayandırılıb və lisenziya olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olmaq faktı ilə əlaqədar həmin obyektlərin sahiblərinə inzibati xətalar haqqında cərimə protokolları tərtib edilib.

Xəbər lenti

Xəbər lenti