...

İranda idxal və ixracın həcmi artıb – Gömrük Administrasiyasının rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2010 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir Ə.Yusifzadə/

İranda bu ilin yeddi ayı ərzində (İranda il martın 21-dən başlayır) qeyri-neft sektorunda ixracın ümumi həcmi 31 faiz artaraq 14,646 milyard dollar təşkil edib. Bu barədə İranın iqtisadiyyat nazirinin müavini və Gömrük Administrasiyasının rəhbəri Ərdəşir Məhəmmədi bildirib. Məlumatı administrasiyanın saytı yayıb.

Onun sözlərinə görə, göstərilən dövrdə İranda neft-kimya məhsullarının ixracının ümumi həcmi 50 faiz artaraq 5,646 milyard dollar təşkil edib.

Bu dövr ərzində İran 34,486 milyard dollarlıq 26,968 milyon ton mal idxal edib. Həcm göstəriciləri üzrə artım 61 faiz, qiymət göstəricisi üzrə 23,4 faiz təşkil edib.

"Ötən ilin analoji dövrü ilə müqayisədə ilin yeddi ayı ərzində İranda mal dövriyyəsi 10 milyard dollar artaraq 52 milyard dollar təşkil edib", - Məhəmmədi deyib.

Göstərilən dövrdə İrandan mal idxal edən əsas ölkələr Əfqanıstan, Hindistan, BƏƏ, İraq və Çin, əsas ixracatçı ölkələr isə Cənubi Koreya, Türkiyə, Almaniya, Çin və Birləşmiş Ərəb Əmirlikləri olub.

Xəbər lenti

Xəbər lenti