...

Azərbaycanda yenidən saxta polietilen torbalar aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2010 16:52 (UTC +04:00)
Bununla əlaqədar olaraq, Dövlət Xidməti tərəfindən mənşəyi bəlli olmayan torbaların məhv edilməsi barədə icrası məcburi göstəriş verilib.
Azərbaycanda yenidən saxta polietilen torbalar aşkar edilib

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 23 ünvanında Rustam Abdullayevə məxsus mağazada aparılan yoxlama zamanı üzərində Türkiyədə istehsal edildiyi göstərilmiş "Foto", "Qırmızı palas", "Amerika", "Bantik" adlı 48,4 kq polietilen torbaların uyğunluq və gigiyenik sertifikatlarının və müşayətedici sənədlərinin olmadığı müəyyən edilib. Bu barədə cümə axşamı yyaılan məlumatda deyilir.

Bununla əlaqədar olaraq, Dövlət Xidməti tərəfindən mənşəyi bəlli olmayan torbaların məhv edilməsi barədə icrası məcburi göstəriş verilib.

Bir müddət əvvəl xəbər verildiyi kimi, Bakının digər ticarət obyektlərində də buna oxşar faktlar aşkar edilmişdi. Bunun nəticəsində Dövlət Xidməti ümumilikdə 758,3 kq mənşəyi bəlli olmayan torbaların məhv edilməsi barədə icrası məcburi göstəriş vermişdi.

2010-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 368,3 ton qeyri-ərzaq məhsulu ticarət dövriyyəsindən çıxarılıb ki, bunun da 87,9 tonu məhv edilib, 220,6 tonu yenidən markalandıqdan sonra satışa qaytarılıb, 59,8 tonla bağlı araşdırma davam etdirilir.

Xəbər lenti

Xəbər lenti