...

Azərbaycan Dövlət Dəniz Administarsiyası IMO-nun Təhlükəsizlik Komitəsinin sessiyasında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2010 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Azərbaycan Dövlət Dəniz Administarsiyasının nümayəndə heyəti noyabrın 24-də başlayan Beynəlxalq Dəniz Təşkilatının (İMO) Dəniz Təhlükəsizliyi Komitəsinin 88-ci sessiyasında iştirak edəcək. Bu barədə administrasiyanın bazar ertəsi yayılan məlumatında deyilir.

Nümayəndə heyətinə administarsiya rəhbəri Qüdrət Qurbanov başçılıq edəcək.

Sessiya zamanı dənizdə insan həyatının qorunması üzrə Beynəlxalq Konvensiyaya dəyişikliklər məsələsi, dənizdə təhlükəsizliyin artırılması üzrə tədbirlər, yeni gəmilərin tikilmə standartları, eləcə də dənizdə xilasetmə fəaliyyətinin təkmilləşdirilməsi və digər məsələlər müzakirə ediləcək.

Sessiyada Komitənin yeni sədrinin və onun müavininin seçkiləri keçiriləcək. Sessiya işini dekabrın 4-də başa vuracaq.

Xəbər lenti

Xəbər lenti