...

Azərbaycanda şimal istiqamətində beynəlxalq dəmiryol daşımalarının tarifləri azaldılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2010 16:41 (UTC +04:00)
2011-ci il yanvarın 1-dən Azərbaycandan şimal istiqamətində hərəkət edən beynəlxalq sərnişindaşıma tarifləri azaldılacaq.
Azərbaycanda şimal istiqamətində beynəlxalq dəmiryol daşımalarının tarifləri azaldılacaq

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

2011-ci il yanvarın 1-dən Azərbaycandan şimal istiqamətində hərəkət edən beynəlxalq sərnişindaşıma tarifləri azaldılacaq. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin cümə axşamı yayılan məlumatında deyilir.

İlin əvvəlindən etibarən tariflər 13-20 manat azaldılacaq.

Şimal istiqamətində beynəlxalq sərnişindaşıma tarifləri dəmiryol administrasiyalarına öz ərazilərində və ya bu vaqonların yola salındığı ölkələrin ərazilərində sərnişindaşımalara, plaskart vaqonların baqaj və yükdaşımalarına qiymətqoyma hüququnun verilməsinə əsasən azaldılır. Beynəlxalq sərnişindaşıma tarifləri haqqında sazişin 5-ci maddəsinin tələblərini nəzərə alaraq, 1 yanvar 2011-ci ildən şimal istiqamətində hərəkət edən beynəlxalq sərnişin qatarlarında plaskart vaqonlarda 2 əmsalı, kupe və SV vaqonlarda isə baza əmsalı tətbiq ediləcək.

Xəbər lenti

Xəbər lenti