...

Özbəkistanın Bakıda milli sərgisi yeni layihələri həyata keçirməyə imkan verəcək – Azərbaycanın Baş naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2010 19:38 (UTC +04:00)
Cümə günü Bakıda açılan Özbəkistanın Azərbaycanda milli sərgisi Özbəkistan və Azərbaycan xalqlarının rifahına xidmət edəcək yeni layihələri həyata keçirməyə imkan verəcək.
Özbəkistanın Bakıda milli sərgisi yeni layihələri həyata keçirməyə imkan verəcək – Azərbaycanın Baş naziri

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir H.Vəliyev/

Cümə günü Bakıda açılan Özbəkistanın Azərbaycanda milli sərgisi Özbəkistan və Azərbaycan xalqlarının rifahına xidmət edəcək yeni layihələri həyata keçirməyə imkan verəcək. Bu barədə cümə günü Azərbaycanın Baş naziri Artur Rasizadə sərgi ilə tanış olarkən deyib.

Rasizadənin sözlərinə görə, Özbəkistan Azərbaycan üçün qardaş ölkədir, ölkələr arasında mövqelərin əksəriyyəti qarşılıqlı olaraq dəstəklənir.

"Münasibətlərimizə gəldikdə, onlar həm siyasi, həm iqtisadi, həm də mədəni səviyyədə həmişə yüksək olub. Vaxt dayanmır və biz Azərbaycan və Özbəkistanda olan potensialdan iqtisadi əlaqələrin genişləndirməsi üçün istifadə etməyə səy göstərməliyik", - Rasizadə deyib.

Onun sözlərinə görə, bu məqsədlərə nail olmaq üçüm çox şey edilib və bundan sonra da çox şey edilməlidir.

"Güman edirəm ki, bu sərginin təşkil olunması nəticəsində Özbəkistan və Azərbaycan xalqlarının rifahına xidmət edəcək xeyli konkret layihələr tapacağıq", - Rasizadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti