...

"Zaminbank" kapitalını 5 milyon manat artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2010 14:15 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Zaminbank" ASC-nin adi adlı sənədsiz səhmlərininin emissiya prospektini 5 milyon manat məbləğində qeydə alıb. Bu barədə cümə axşamı Bakı Fond Birjasından məlumat verilib.
"Zaminbank" kapitalını 5 milyon manat artırır

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Zaminbank" ASC-nin adi adlı sənədsiz səhmlərininin emissiya prospektini 5 milyon manat məbləğində qeydə alıb. Bu barədə cümə axşamı Bakı Fond Birjasından məlumat verilib.

Emissiya çərçivəsində hər səhmin nominal dəyəri 200 manat olmaqla 25 min qiymətli kağız buraxılıb.

Emissiya prospektinə əsasən, bölüşdürmə Bakı Fond Birjasında açıq yazılma metodu ilə keçiriləcək. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda "Technika Capital Management" MMC çıxış edəcək.

Emissiyanın yerləşdirilməsindən sonra nizamnamə kapitalı 18,7 milyon manata çatdırılacaq.

"Zaminbank" fəaliyyətə 1992-ci il noyabrın 16-da başlayıb. Bankın səhmdarları üç fiziki şəxsdir.

"Zaminbank" Azərbaycanda "Caspian Money Transfer" beynəlxalq pul köçürmələri sisteminin ilk yaradıcısıdır.

Bu bank Azərbaycan Beynəlxalq Bankı (Azərbaycan bankları arasında xaricdə ən geniş şəbəkəyə malik bank) və Qafqaz İnkişaf Bankından sonra ölkənin hüdudlarından kənarda təmsil olunan üçüncü bankdır. "Zaminbank"ın ilk daimi nümayəndəliyi 2007-ci ildə Moskvada yaradılıb. Bankın gələcək planlarına fəaliyyət coğrafiyasını MDB ölkələrində genişləndirmək (Ukrayna və Gürcüstanda nümayəndəlik açmaq planlaşdırılır), Türkiyədə nümayandəliyin açılması daxildir.

Dekabrın 9-na olan rəsmi məzənnə 0,7990 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti