Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və "Paşa Sığorta" şirkəti çərşənbə axşamı Bakıda 2011-ci il üçün əməkdaşlıq haqqında saziş imzalayıblar.
Sazişi AFFA-nın baş katibi Elxan Məmmədov və "Paşa Sığorta"ın idarə heyətinin sədri Nofəl Rzayev imzalayıblar.
Sazişə əsasən, 2011-ci ildə sığorta şirkəti AFFA-nın rəsmi sığorta tərəfdaşı olacaq.
İmzalanma mərasimində Rzayev bildirib ki, gələn il üçün sığorta xidmətlərinin göstərilməsi haqqında sazişin imzalanması tərəflər arasında uzunmüddətli perspektivdə əməkdaşlığın əsasını qoyacaq və möhkəm tərəfdaşlıq münasibətlərinə çevriləcək.
"Paşa Sığorta" "Paşa Holdinq" qrupunun üzvüdür və sığortanın 30 növü üzrə korporativ və fərdi müştərilərə xidmət göstərir. 20 milyon manat nizamnamə kapitalı və 28 milyon manat ümumi aktivləri ilə "Paşa Sığorta" kapitallaşdırmanın həcminə görə ölkənin ilk üç sığortaçısı siyahısına daxil olmaqla, sığorta sektorunda biznesin rentabelliyini qorumaqda ən yüksək göstəricilərə malikdir. Şirkətin nizamnamə kapitalı 20 milyon manatdır.
2007-ci ildən "Paşa Sığorta" Böyük Britaniyanın "Moody International" agentliyi tərəfindən sığorta məhsullarının ISO 9001:2000 keyfiyyət idarəetmə standartlarına və xidmətlərinə uyğunluq səviyyəsinə görə sertifikatla təltif olunub. 2009-cu ildən etibarən, "Paşa Sığorta" BMT-nin insan hüquqlarının, ətraf mühitin müdafiəsi və korrupsiyanın qarşısının alınması üzrə Qlobal Müqaviləsinin (UN Global Compact Initiative) iştirakçısıdır.