...

Azərbaycan jurnalistləri arasında qiymətli kağızlar bazarına dair ən yaxşı məqalə müsabiqəsinin yekunları üzrə tədbir keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2010 17:55 (UTC +04:00)
Dekabrın 22-də Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Komitənin, Bakı Fond Birjasının (BFB) və Milli Depozit Mərkəzinin (MDM) birgə təşkilatçılığı ilə "Kapital bazarlarının və biznes imkanları" mövzusunda jurnalistlər üçün təşkil edilmiş ən yaxşı məqalə və ya tele-radio süjeti müsabiqənin yekunları ilə bağlı mükafatladırma mərasimi keçirilib.
Azərbaycan jurnalistləri arasında qiymətli kağızlar bazarına dair ən yaxşı məqalə müsabiqəsinin yekunları üzrə tədbir keçirilib

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Dekabrın 22-də Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Komitənin, Bakı Fond Birjasının (BFB) və Milli Depozit Mərkəzinin (MDM) birgə təşkilatçılığı ilə "Kapital bazarlarının və biznes imkanları" mövzusunda jurnalistlər üçün təşkil edilmiş ən yaxşı məqalə və ya tele-radio süjeti müsabiqənin yekunları ilə bağlı mükafatladırma mərasimi keçirilib. Tədbirdə QKDK, BFB və MDM ilə yanaşı, müsabiqədə iştirak edən və diqər kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri iştirak ediblər.

Müsabiqə iştirakçılarına sertifikatlar, qaliblərə diplomlar və pul mükafatları təqdim edilib. Müsabiqədə birinci yerə "First News" informasiya agentliyinin baş redaktoru Rəhman Hacıyev layiq görülüb. İkinci yeri Trend informasiya agentliyi direktorunun müavini İlahə Məmmədli, üçüncü yeri isə "Turan" informasiya agentliyinin müxbiri Hafiz Babalı tutub.

Tədbirdə iştirak edən QKDK-nın sədri Rüfət Aslanlı qiymətli kağızlar bazarının mövcud vəziyyəti və gələcək inkişaf istiqamətlərinə dair yığıncaq iştirakçılarını məlumatlandıraraq, bu istiqamətlərdən birinin məhz bu sahədə məlumatlandırma və maarifləndirmə tədbirlərinin gücləndirilməsindən ibarət olduğunu qeyd edib. O, öz çıxışında bazarın inkişafını şərtləndirən bütün istiqamətlər üzrə, o cümlədən bazarın təşkilatı və əməliyyat infrastrukturunun təkmilləşdirilməsi, maliyyə məhsullarına tələbin təşviq edilməsi və təklifin gücləndirilməsinin, həmçinin qanunvericilik bazasının gücləndirilməsində məlumatın bu xidmətlərdən faydalana biləcək hədəf qruplarına keyfiyyətli şəkildə və vaxtında çatdırılmasının xüsusi əhəmiyyətini vurğulayıb.

Sonra tədbirdə münsiflər heyətinin üzvü Qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsinin müdiri Elnur Allahverdiyev müsabiqənin məqsədini açıqlayaraq, iştirakçıların qarşısına goyulan tələblər, məqalələrin mövzuları, qiymətləndirmə meyarları haqqında tədbirin iştirakçılarına geniş məlumat verib. O, müsabiqəyə media nümayəndələri tərəfindən yuksək maraq göstərildiyinin vacibliyini vurğulayıb.

Daha sonra münsiflər heyətinin digər üzvü, Milli Depozit Mərkəzinin İdarə heyəti sədrinin birinci müavini Fariz Əzizov çıxış edərək müsabiqənin ictimaiyyətə obyektiv və zəruri məlumatların çatdırılmasında əhəmiyyətli olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti