...

"Bank of Azerbaijan" filial şəbəkəsinin optimallaşdırılmasını davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2010 18:15 (UTC +04:00)
"Bank of Azerbaijan" filiallarının optimallaşdırılmasına dair siyasət çərçivəsində bankın Yevlax şəhərində Heydər Əliyev prospekti, 25A ünvanında yerləşən "Yevlax" filialının açılışı olub.
"Bank of Azerbaijan" filial şəbəkəsinin optimallaşdırılmasını davam etdirir

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir N.İsmayılova/

"Bank of Azerbaijan" filiallarının optimallaşdırılmasına dair siyasət çərçivəsində bankın Yevlax şəhərində Heydər Əliyev prospekti, 25A ünvanında yerləşən "Yevlax" filialının açılışı olub. Bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Bu filial "Bank of Azerbaijan"ın regional filialları arasında ən böyüyüdür. Filialın sahəsi təxminən 400 kvadratmetr təşkil edir.

Yeni filial Yevlax şəhərinin mərkəzində müştərilər üçün olduqca rahat yerdə yerləşir. Sözügedən filialda müştərilərə hesabların açılması, depozitlərin qəbul edilməsi, istehlak kreditlərinin verilməsi, kommunal ödənişlər, Azercell, Bakcell, Nar Mobile danışıqları üzrə ödənişlərin qəbul edilməsi, təcili pul köçürmələri, plastik kartların sifariş edilməsi və verilməsi, mübadilə əməliyyatları və digər bank xidmətləri göstəriləcək.

Ümumiyyətlə, əhalinin rahatlığı naminə çalışan, həmçinin regionların inkişafını düşünən "Bank of Azerbaijan" gələcəkdə regionlarda filiallarının açılışına davam edəcək. Ən yaxın günlərdə bank Gəncə şəhərində yerləşən növbəti filialının açılışını planlaşdırır.

Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 166,482 mln., kredit portfeli 130,074 mln., depozit portfeli 71,307 mln., məcmu kapitalı 25,378 mln., o cümlədən nizamnamə kapitalı 23,500 mln. manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti