Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir E.İsmayılov/
Milad bayramı ilə əlaqədar "Avstriya Hava Yolları" aviaşirkəti tərəfindən həyata keçirilən "Vyana-Bakı-Vyana" aviareysi ləğv edilib. Bu barədə cümə günü şirkətdən məlumat verilib.
Heydər Əliyev adına Bakı beynəlxalq aeroportunda da bu faktı təsdiqləyiblər.Təyyarə Vyanadan Bakıya yerli vaxtla saat 16:55-də gəlməli və paytaxtdan isə saat 17:55-də uçmalı idi.
"Milad bayramı ilə əlaqədar reys ləğv olunub, lakin gələn həftədən bütün aviareyslər cədvələ uyğun həyata keçiriləcək", - aviaşirkətdən məlumat verilib.
Hava şəraitinin əlverişsiz olması ilə əlaqədar Bakıdan yerli vaxtla saat 11:40-da uçmalı olan "Bakı-London" aviareysi də ləğv edilib.