...

Azərbaycan Mərkəzi Bankı "Azərbaycanda standart bank hesab nömrəsi" mövzusunda təqdimat keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2010 17:02 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən kommersiya banklarının və "Azərpoçt" MMC-nin nümayəndələri üçün "Azərbaycanda standart bank hesab nömrəsi (IBAN)" mövzusunda təqdimat keçirilib.
Azərbaycan Mərkəzi Bankı "Azərbaycanda standart bank hesab nömrəsi" mövzusunda təqdimat keçirib

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən kommersiya banklarının və "Azərpoçt" MMC-nin nümayəndələri üçün "Azərbaycanda standart bank hesab nömrəsi (IBAN)" mövzusunda təqdimat keçirilib. Bu barədə Mərkəzi Bankın cümə günü yaydığı məlumatda deyilir.

Təqdimatda Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova IBAN-ın mahiyyəti, strukturu, üstünlükləri və Azərbaycanda mövcud olan bank hesab nömrələrinin standartlaşdırılması məqsədilə yaradılmış işçi qrupunun fəaliyyəti və Azərbaycanda tətbiq ediləcək IBAN-ın strukturu və hesablar barədə ətraflı məlumat verib.

Tədbirdə həmçinin IBAN-a keçidlə əlaqədar bankların görəcəyi işlər, həmçinin tədbirlər planına uyğun olaraq reallaşdırılması zəruri olan məsələlərə də toxunulub.

IBAN Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (ISO) tərəfindən müəyyən edilmiş ISO 13616 beynəlxalq standartına uyğun olaraq yaradılan bank hesab nömrəsidir.

Xəbər lenti

Xəbər lenti