Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir N.İsmayılova/
"Muğanbank ASC", "ATM SMS Notification enrollment" - yeni "SMS Bildiriş" xidmətini təklif edir. Bu barədə bankın şənbə günü yaydığı məlumatda deyilir.
Bu xidmət vasitəsilə siz real vaxt rejimində plastik kart hesabınızdan aparılan bütün əməliyyatlar barədə məlumat ala bilərsiniz.
Hesabınıza pul vəsaiti daxil olub və ya hesabınızdan ödəniş aparılıb? Əməliyyat başa çatan kimi dərhal mobil telefonunuza həmin əmliyyat barədə SMS göndəriləcəkdir. Beləliklə, siz, əmək haqqının ödənişi, köçürülən pulun daxil olması və plastik kart hesabınız üzrə digər əməliyyatlar barədə məlumat ala bilərsiniz. Həftənin 7 günü, günün 24 saatı, harada və nə vaxt olmanızdan asılı olmayaraq, plastik kart hesabınız öz nəzarətinizdə olacaqdır.
"ATM SMS Notification enrollment" xidmətindən istifadə qaydası
1. "ATM SMS Notification enrollment" -"SMS Bildiriş" xidmətindən istifadə bankomatda, POS terminalda və internetdə aparılmış bütün əməliyyatlar barədə kart sahibi tərəfindən seçilən nömrəyə göndərilən SMS vasitəsilə elə həmin an məlumat almaq imkanı verir. Bu xidmət həm Azercell abonentləri, həm də digər şəbəkələrin abonentləri üçün açıqdır. Müştərilər ayda 4 Manat və ya ildə 48 Manat ödəməklə bu xidmətdən istifadə edə bilərlər. Müştəri kart alan zaman ona "SMS Bildiriş" xidməti barədə ətraflı məlumat verilir.
2. Xidməti aktivləşdirmək üçün müştəri "Muğanbank" ASC-nin baş ofisinə yaxınlaşmalıdır.
"MuğanBank" 1992-ci ildən etibarən bankçılıq fəaliyyətini aparır. Hazırda ölkədə bankın 26 filialı və 4 şöbəsi fəaliyyət göstərir.
"MuğanBank" 100 faizli Azərbaycan bankıdır.