...

Oğuz-Qəbələ-Bakı boru kəməri Azərbaycan paytaxtının 90 faiz sakinini fasiləsiz su ilə təmin edəcək - deputat

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2010 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir Ü.İsmayılova/

Yaxın aylarda Bakı əhalisinin 90 faizə yaxını çərşənbə axşamı istismara verilən Oğuz-Qəbələ-Bakı kəməri sayəsində keyfiyyətli və fasiləsiz su ilə təmin ediləcək. Bu barədə çərşənbə günü Parlamentin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli deyib.

"Yeni su kəmərinin çəkilməsi Azərbaycanın həyatında təkcə 2010-cu ilin deyil, son 20 ilin mühüm hadisəsidir", - Məsimli hesab edir.

Onun sözlərinə görə, son vaxtlar Bakı regional mərkəzə və perspektivli şəhərə çevrilib.

"Ölkədə cərəyan edən neft, eləcə də tikinti bumu paytaxta çoxlu xarici şirkətlərin axınına səbəb olur və bunun fonunda su təchizatında yaranan fasilələr yolverilməzdir", - deputat hesab edir.

"Şəhərin daimi su təchizatı əhalinin həyatı və fəaliyyət göstərən müəssisələr üçün mühüm əhəmiyyət kəsb edən Bakı infrastrukturunun təkmilləşdirilməsi prosesində vacib amillərdən biridir", - Məsimli qeyd edib.

Yeni su kəmərinin vacib təsiri yeni iş yerlərinin yaradılmasıdır, bu, su kəmərinin fasiləsiz işi üçün yeni qurğuların işlək vəziyyətdə saxlanılması hesabına baş verəcək. Deputat belə hesab edir.

Bakı şəhəri su ilə dörd mənbədən təmin olunur. Ümumilikdə, hazırda paytaxta saniyədə 10,2 kubmetr su verilir. Su şəbəkəsindən uzunmüddətli istifadə, mövcud şəbəkənin inkişaf etməkdə olan şəhərin sürətlə artan əhalisinin tələbatını ödəməməsi, binaların zirzəmilərindəki su xətlərinin istismar müddətinin başa çatması və digər səbəblərdən şəhərin su təchizatında problemlər yaranmışdı. Bu səbəbdən şəhər əhalisinin yalnız 40 faizə yaxını fasiləsiz, 60 faizi isə qrafiklə içməli su ilə təmin olunurdu.

Oğuz-Qəbələ-Bakı su kəməri ilə paytaxta verilən suyun qəbulu və paylanması üçün Bakıya 250 kilomert uzunluğunda su kəməri çəkilib, 15 nasos stansiyası, 70 min kubmetrlik su anbarı tikilib, ümumi həcmi 100 min kubmetr olan mövcud su anbarı yenidən qurulub, 310 kilometrdən artıq kanalizasiya xətti çəkilib.

Texniki tələblərə uyğun olaraq, su kəməri fevralda tam layihə gücü ilə fəaliyyətə başlayacaq və ümumilikdə, Bakıya saniyədə 15,2 kubmetr su veriləcək. Son illər görülən yenidənqurma işləri nəticəsində şəhər əhalisinin bir hissəsinin fasiləsiz su ilə təchiz olunması 40 faizdən 75 faizədək artırılacaq. Eyni zamanda əhalinin suyu qrafiklə alan hissəsi 60 fazidən 25 faizədək azalacaq, qrafiklərdəki vaxt isə 2 dəfədən artıq artırılacaq.

Xəbər lenti

Xəbər lenti