...

Azərbaycan FHN tikinti təhlükəsizliyinin təminatı sahəsində sənədlər hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2011 12:55 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Tikinti Müfəttişliyi respublikada tikinti təhlükəsizliyinin təminatı sahəsində normativ sənədlər hazırlayır. Bu barədə cümə günü Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun iclasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi Xalid Nəcəfov deyib.
Azərbaycan FHN tikinti təhlükəsizliyinin təminatı sahəsində sənədlər hazırlayır

Azərbaycan, Bakı, 21 yanvar /Trend,müxbir Ü. İsmayılova/

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Tikinti Müfəttişliyi respublikada tikinti təhlükəsizliyinin təminatı sahəsində normativ sənədlər hazırlayır. Bu barədə cümə günü Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun iclasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi Xalid Nəcəfov deyib.

Bu proses çox vaxt aparır, Nəcəfov deyib.

Onun sözlərinə görə, hazırda müfəttişlikdə hələ sovet dövründə işlənib hazırlanmış normativ sənədlər, o cümlədən müxtəlif tikinti istiqamətləri üzrə seysmik normalar, texniki normativ sənədlər saxlanılır.

Azərbaycan təsdiq olunmuş dövlət proqramı çərçivəsində normativ sənədlər hazırlayır. Həmçinin MDB dövlətlərinin Texniki sənədlərin hazırlanması üzrə birgə qurumu mövcuddur və Azərbaycan bu qurumda tətbiq olunan normativləri qəbul edir.

Nəcəfovun sözlərinə görə, normativ sənədlər beynəlxalq səviyyədə təsdiq olunursa, respublika bu normativləri tətbiq edə bilər.

Xəbər lenti

Xəbər lenti