...

Azərbaycan Aİ və MDB ölkələri paytaxtlarında ticarət evləri açacaq - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2011 14:40 (UTC +04:00)
Azərbaycan yerli istehsal mallarının ixracında irəliləyişə nail olmaq məqsədilə Aİ və MDB ölkələrinin bəzi paytaxtlarında ticarət evləri açmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.
Azərbaycan Aİ və MDB ölkələri paytaxtlarında ticarət evləri açacaq - nazir

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir N.İsmayılova/

Azərbaycan yerli istehsal mallarının ixracında irəliləyişə nail olmaq məqsədilə Aİ və MDB ölkələrinin bəzi paytaxtlarında ticarət evləri açmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

"Bu istiqamətdə bizim üçün cəlbedici olan müxtəlif ölkələrdə Azərbaycanın ticarət evlərinin yaradılması məsələsi üzrə araşdırma aparılır. Bu həm MDB, həm də Aİ ölkələrindəki bazarlar ola bilər. Biz öz məhsullarımızın ixracı üçün bu bazarlarda yer almaq fikrindəyik", - Mustafayev bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə yaradılacaq ticarət evləri daimi əsasda fəaliyyət göstərəcək və həm özəl ticarətin, həm də sərgilərin təşviqi üçün nəzərdə tutulub.

Ötən il nazirlik Azərbaycan ixracının təşviqi üçün yerli sahibkarların rəqabətqabiliyyətliliyini artırmaq, malların xarici bazarlardakı tələblərə cavab vermələri üçün qablaşdırılması və markalanmasının keyfiyyətinin yüksəldilməsi məqsədilə 200-ə yaxın maarifləndirmə tədbiri keçirib. Bununla yanaşı, dövlətin dəstəyi ilə müxtəlif malların qablaşdırılması üzrə müəssisə tikilir. Tikinti cari ilin sonunda başa çatacaq.

Mustafayevin sözlərinə görə, bu gün ölkədə gəmiqayırma zavodunun, üç sement zavodunun, bərk məişət tullantılarının yandırılması üzrə zavodun, süd, kənd təsərrüfatı məhsullarının emalı zavodunun, tikinti materiallarının istehsalı üzrə zavodun tikintisi gedir.

"Artıq Sumqayıtda elektron avadanlıqların istehsalı üzrə zavod, Naxçıvanda avtomobil zavodu, Masazırdakı duz istehsalı zavodu, Gədəbəydə qızıl istehsalı zavodu kimi iri müəssisələr istismara verilib. Bütün bu müəssisələrin fəaliyyəti ölkənin sənaye potensialının gücləndirilməsinə yönəlib", - o, deyib.

Ötən il ərzində 60 sənaye müəssisəsi istismara verilib və daha 80 obyektin tikintisi davam edir.

Xəbər lenti

Xəbər lenti