...

"Parabank" "VİP" əmanətini təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2011 14:45 (UTC +04:00)
Bu gün "Parabank" əmanət növlərinin artırılması siyasətinə uyğun olaraq, özünün yeni bank məhsulu olan "VİP" əmanətini müştərilərə təqdim edir. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.
"Parabank" "VİP" əmanətini təqdim edir

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

Bu gün "Parabank" əmanət növlərinin artırılması siyasətinə uyğun olaraq, özünün yeni bank məhsulu olan "VİP" əmanətini müştərilərə təqdim edir. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

"VİP" əmanəti "Parabank"ın digər əmanətlərinin bütün üstünlüklərini özündə cəmləşdirir. "VİP" əmanəti müştərilərə bankda yerləşdirdikləri vəsaitlərini istənilən zaman bir valyutadan digər valyutaya keçirmək imkanı yaradır. Bu zaman həmin dövrədək hesablanmış faizlər qorunub saxlanılır. Əmanətin yerləşdirildiyi zaman müəyyən olunmuş faiz dərəcəsi bir valyutadan digərinə çevirmələr zamanı dəyişilməz olaraq qalır. "VİP" əmanəti 12, 24, 36, 48, 60 və ya 72 ay müddətinə yerləşdirilə bilər. Əmanətin minimal məbləği 20 000, maksimal məbləği isə bir millyon AZN, ABŞ dolları və ya avro dəyərində təyin olunur. Bu əmanətin üstün cəhətlərindən biri də ondan ibarətdir ki, müştərilər öz seçiminə görə, yerləşdirdikləri əmanətin faizlərini hər ay, hər rüb, hər il, müddətin sonunda və hətta 1 (bir) ilin faizlərini əvvəlcədən əldə edə bilərlər.

Bundan əlavə bankda bu növ əmanət yerləşdirən müştərilər məbləğindən asılı olaraq, VİSA kartları və onlara əlavə olunmuş üstünlükləri paket şəklində heç bir ödəniş olmadan əldə edəcəklər. Həmçinin əmanətçilər əmanətin 80 faizinə qədər məbləğdə kredit əldə edə bilərlər.

Bankda "VİP" əmanəti açmaqla Siz, çevik şərtləri ilə fərqlənən depozitlə yanaşı, ən sərfəli güzəştlərə də sahib olacaqsınız.

Parabank 2007-ci ilin iyul ayından Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.

Xəbər lenti

Xəbər lenti