...

"Kapital Bank"ın ən yaxşı satış təmsilçiləri mükafatlandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2011 17:18 (UTC +04:00)
2011-ci il yanvarın 28-də "Kapital Bank"ın baş ofisində ötən ilin sonlarında təşkil edilmiş bankdaxili kampaniyanın qaliblərinə mükafatların təqdim olunması mərasimi keçirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı bankdan məlumat verilib.
"Kapital Bank"ın ən yaxşı satış təmsilçiləri mükafatlandırılıb

Azərbaycan, Bakı, 1 fevral /Trend/

2011-ci il yanvarın 28-də "Kapital Bank"ın baş ofisində ötən ilin sonlarında təşkil edilmiş bankdaxili kampaniyanın qaliblərinə mükafatların təqdim olunması mərasimi keçirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı bankdan məlumat verilib.

Bank filiallarında ödəniş kartlarının satışı sahəsində çalışan təmsilçilərin fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyan kampaniya 1 oktyabr - 31 dekabr 2010-cu il tarixini əhatə edib. Kampaniyanın hədəfi bank portfelində MasterCard tipli kartların sayını artırmaq olub. Kampaniyada "Kapital Bank"ın 95 struktur bölməsi iştirak edib.

Nəticələrə əsasən, bankın Bakı şəhərində yerləşən "Rabitə", 1 saylı Səbail, 1 saylı Yasamal, 1 saylı Nəsimi filialları fərqlənib. Regionlarda fəaliyyət göstərən filiallardan isə qaliblər Quba və Qax filialları olub.

"Kapital Bank"ın idarə heyəti sədrinin müavini Murad Şirəliyev bankın filialları arasında sağlam rəqabətin təmin edilməsi baxımından bu cür kampaniyaların səmərəli olduğunu bildirib. Şirəliyev kampaniyanın qalibləri arasında Bakıda fəaliyyət göstərən filiallarla yanaşı, regional filialların da olmasını sevindirici fakt kimi diqqətə çatdırıb. Sədr müavini bu cür tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini bildirib.

Qaliblərə qiymətli hədiyyələr təqdim edilib.

Respublika üzrə filialların sayına görə lider olan "Kapital Bank" onların sayını 89-a çatdırıb. Bununla yanaşı respublikada "Kapital Bank"ın altı müstəqil şöbəsi və 57 şöbəsi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti