...

Avro-2 standartlarına uyğun gəlməyən avtomobillər istismardan çıxarılacaq – Dövlət Komitəsinin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2011 16:06 (UTC +04:00)
Azərbaycan ərazisində artıq istifadə olunan və Avro-2 ekoloji standartlarına uyğun gəlməyən avtomobillər istismardan çıxarılacaq. Trend-in məlumatına görə, bunu cümə günü Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbəri Ramiz Həsənov Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında keçirilən mətbuat konfransında bildirib.
Avro-2 standartlarına uyğun gəlməyən avtomobillər istismardan çıxarılacaq – Dövlət Komitəsinin rəhbəri

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir E.İsmayılov/

Azərbaycan ərazisində artıq istifadə olunan və Avro-2 ekoloji standartlarına uyğun gəlməyən avtomobillər istismardan çıxarılacaq. Trend-in məlumatına görə, bunu cümə günü Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbəri Ramiz Həsənov Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əgər köhnə avtomobillərin sahibləri onları zəhərli maddələrin tullantıları üzrə Avro-2 standartının tələblərinə uyğunlaşdıra bilsələr, onların istismarını davam etdirəcəklər.

Komitə rəhbərinin dediyi kimi, hazırda Azərbaycan ərazisində avtomobillərin tullantı standartlarına uyğun gəldiyini müəyyənləşdirən və qeydiyyatdan keçmiş yalnız bir laboratoriya fəaliyyət göstərir. Bu, Dövlət Gömrük Komitəsinin laboratoriyasıdır və o, fevralın 1-dən Azərbaycana idxal olunan avtomobilləri yoxlayır.

Standartlaşdırma üzrə Dövlət Komitəsi ölkənin regionlarında artıq istismarda olan avtomobillərin yoxlanması üçün də doqquz yeni laboratoriya açmaq fikrindədir.

Xəbər lenti

Xəbər lenti