...

Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2011 13:41 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi Ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,0007 bənd (0,07 faiz) möhkəmlənib. Ötən həftə 0,79624 manat səviyyəsində müəyyən olunub.
Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir N.İsmayılova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi Ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,0007 bənd (0,07 faiz) möhkəmlənib. Ötən həftə 0,79624 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

31 yanvar

0,7966

7 fevral

0,7961

1 fevral

0,7963

8 fevral

0,7961

2 fevral

0,7961

9 fevral

0,7958

3 fevral

0,7961

10 fevral

0,7956

4 fevral

0,7961

11 fevral

0,7954

Həftə ərzində orta

0,79624

Həftə ərzində orta

0,7958

2011-ci il yanvarın 1-dən Mərkəzi Bankın dollar/manatın məzənnəsinin ikitərəfli hədəfləmə siyasətinə keçidindən sonra milli valyutanın məzənnəsi sabitləşib. Makroiqtisadi analizlər göstərir ki, cari şəraitdə dollar/manatın məzənnəsinin ikitərəfli hədəfləməsi Mərkəzi Bankın məqsədləri, xüsusilə də inflyasiyanın səviyyəsinə təsikr göstərmək məqsədilə nisbətən daha çox razılaşdırılıb. Kommunikasiyalar nöqteyi-nəzərindən bu mexanizm nəinki sərfəlidir, bu həm də uzunmüddətli perspektivdə AMB-na sərbəst üzən məzənnə rejiminə keçməyə imkan verəcək.

Ötən həftənin yekununa əsasən, Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbəti 0,0017 bənd ucuzlaşıb. (0,17 faiz).Ötən həftə orta məzənnə bir ABŞ dolları üçün 0,79508 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): fevralın 7-də sövdələşmələr aparılmayıb, buna görə məzənnə 0,7961AZN/USD səviyyəsində qalıb. Fevralın 8-də 0,7955 AZN/USD məzənnə ilə $9,75 mln., fevralın 9-da 0,7950 AZN/USD məzənnə ilə -$12,13 mln., fevralın 10-da 0,7944 AZN/USD məzənnə ilə $6 mln., fevralın 11-də 0,7944 AZN/USD məzənnə ilə $4,4 mln. olub.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi:

31 yanvar

0,7952

7 fevral

0,7961

1 fevral

0,7950

8 fevral

0,7955

2 fevral

0,7950

9 fevral

0,7950

3 fevral

0,7961

10 fevral

0,7944

4 fevral

0,7961

11 fevral

0,7944

Həftə ərzində orta

0,79548

Həftə ərzində orta

0,79548

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Fevral ayı ərzində AMB tərəfindən müəyyən olunan manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,1 faiz, burja məzənnəsi isə 0,14 faiz möhkəmlənib.

Xəbər lenti

Xəbər lenti