...

Azərbaycanın quşçuluq müəssisəsi səhmlərin emissiya prospektini qeydiyyatdan keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2011 18:58 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "İsmayıllı-Quşçuluq" ASC-nin ümumi məbləği 190 min manat olan adi, adlı, sənədli səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Azərbaycanın quşçuluq müəssisəsi səhmlərin emissiya prospektini qeydiyyatdan keçirib

Azərbaycan, Bakı, 3 mart /Trend/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "İsmayıllı-Quşçuluq" ASC-nin ümumi məbləği 190 min manat olan adi, adlı, sənədli səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə Bakı Fond Birjasının cümə axşamı yaydığı məlumatda deyilir.

Emissiya prospektinə hər birinin nominal dəyəri 2 manat olan 95 min ədəd səhm daxildir.

Səhmlərin yerləşdirilməsinin anderrayteri qismində "Chelsea Capital" MMC çıxış edir.

Martın 3-nə olan rəsmi məzənnə 0,794 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti