...

Bu il Bakı-Tbilisi-Qars dəmiryol magistralı layihəsinə 300 milyon dollar xərclənəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Mart 2011 10:22 (UTC +04:00)
Bakı-Tbilisi-Qars dəmiryol magistralının Gürcüstan hissəsinin yenidənqurma və inşası layihəsinə bu il 300 milyon dollar xərclənəcək. Trend-in məlumatına görə, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaişvili məlumat verib.
Bu il Bakı-Tbilisi-Qars dəmiryol magistralı layihəsinə 300 milyon dollar xərclənəcək

Gürcüstan, Tbilisi, 25 mart /Trend, müxbir N.Kirsxaliya/

Bakı-Tbilisi-Qars dəmiryol magistralının Gürcüstan hissəsinin yenidənqurma və inşası layihəsinə bu il 300 milyon dollar xərclənəcək. Trend-in məlumatına görə, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaişvili məlumat verib.

Nazirin qeyd etdiyi kimi, Gürcüstanda dəmir yolunun inşasında 3 min nəfər çalışacaq.

Nikolaişvili layihənin Gürcüstan üçün mühüm əhəmiyyət daşıdığını bildirib və qeyd edib ki, bu yol Qafqazı Avropa ilə bağlayır.

Xəbər lenti

Xəbər lenti