...

Azərbaycanda nəqliyyat infrastrukturu obyektlərində təhlükəsizliyin təmin olunması müntəzəm həyata keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2011 11:55 (UTC +04:00)
Sərnişin və yük daşımalarında təhlükəsizliyin təmin olunması "Azərbaycan Dəmir Yolları" QSC-nin gündəlik işinin bir hissəsidir.
Azərbaycanda nəqliyyat infrastrukturu obyektlərində təhlükəsizliyin təmin olunması müntəzəm həyata keçirilir

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir E.İsmayılov/

Sərnişin və yük daşımalarında təhlükəsizliyin təmin olunması "Azərbaycan Dəmir Yolları" QSC-nin gündəlik işinin bir hissəsidir. Bu barədə çərşənbə axşamı Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, vaqonlar həm gömrük buraxılış məntəqəsindən keçərkən, həm də onların yola düşməsi və qəbulu zamanı yoxlanılır. Habelə, hər bir dəmiryol stansiyasında polis naryadları var və daima perronlarda baxış və yoxlamalar keçirirlər.

"Bilet satışlarının kompüterləşdirilməsi sisteminə keçdikdən sonra hər bir qatar gömrük buraxılış məntəqəsinə göndərilərkən sərnişinlərin dəqiq siyahısı da göndərilir. Bu da ümumi təhlükəsizlik sistemimizin bir hissəsidir", - Əzməmmədov deyib.

Çərşənbə axşamı "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin sözlərinə görə, aviadaşımalar zamanı təhlükəsizliyin təmin olunması mühüm amillərdən biridir. Ona görə də hər gün sərnişinlər və onların yükləri diqqətlə yoxlanılır, habelə təyyarələrin özlərində də yoxlamalar aparılır.

"Hava limanında, eləcə də təyyarələrin göyərtələrində yoxlamalar və nəzarət hər gün həyata keçirilir", - Səfərli bildirib.

Bakı beynəlxalq avtovağzalından da bildiriblər ki, avtovağzalın təhlükəsizlik xidməti var, onun ərazisində polis naryadları növbə çəkir, vağzala gələnlərin və avtonəqliyyat xidmətlərindən istifadə edən sərnişinlərin təhlükəsizliyini təmin edirlər.

Xəbər lenti

Xəbər lenti