...

Azərbaycan Nəqliyyat Nazirliyi Bakıdan Sumqayıta yüngül dəmiryolun tikintisi variantlarını öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2011 13:41 (UTC +04:00)
İlin sonunadək Azərbaycanın Nəqliyyat Nazirliyi Bakı və Sumqayıt şəhərləri arasında sərnişin dəmiryol nəqliyyatının təşkili məsələlərini müəyyən edəcək.
Azərbaycan Nəqliyyat Nazirliyi Bakıdan Sumqayıta yüngül dəmiryolun tikintisi variantlarını öyrənir

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir N.İsmayılova/

İlin sonunadək Azərbaycanın Nəqliyyat Nazirliyi Bakı və Sumqayıt şəhərləri arasında sərnişin dəmiryol nəqliyyatının təşkili məsələlərini müəyyən edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.

Onun sözlərinə görə, habelə yüngül dəmiryolun tikintisi məsələsinə baxılır. Nəqliyyat Nazirliyinə üç təklif daxil olub, onların arasında Fransa və Koreya şirkətlərinin təklifləri var.

"Bu layihə işlənir və Bakı ilə Sumqayıt arasında avtomobil yollarının yüklənmədən azad olması və ictimai nəqliyyatın inkişafı üçün şərait yaradılması məqsədilə sərnişindaşımanın təşkilini nəzərdə tutur", - Pənahov bildirib.

Onun sözlərinə görə, dəmiryol xəttinin uzunluğu 28 kilometr təşkil edəcək.

Pənahov onu da qeyd edib ki, Sumqayıt istiqamətində metro xəttinin tikintisi variantı da mövcuddur və bu ilin sonunadək Azərbaycanın iki iri şəhərini əlaqələndirəcək nəqliyyatın növü seçiləcək.

Xəbər lenti

Xəbər lenti