...

"Azərbaycan Beynəlxalq Bankı-Moskva" RBK reytinqində plastik kartların sayına görə 82-ci yeri tutub

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2011 20:36 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının törəmə strukturu "ABB-Moskva" RBK-nın "2011-ci il plastik kartların sayına görə ən iri bank" reytinqinə daxil olaraq 82-ci yeri tutub.
"Azərbaycan Beynəlxalq Bankı-Moskva" RBK reytinqində plastik kartların sayına görə 82-ci yeri tutub

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Azərbaycan Beynəlxalq Bankının törəmə strukturu "ABB-Moskva" RBK-nın "2011-ci il plastik kartların sayına görə ən iri bank" reytinqinə daxil olaraq 82-ci yeri tutub. Bu barədə çərşənbə günü bankın məlumatında deyilir.

Məlumata görə, "ABB-Moskva"nın dövriyyədə olan plastik kartlarının sayı 2011-ci il yanvarın 1-nə olan vəziyyətə görə 27 125 ədəd təşkil edib.

"ABB-Moskva" həmçinin 2011-ci il yanvarın 1-nə olan vəziyyətə görə RBK-nın "Rusiya üzrə öz bankomatlarının sayına görə lider banklar" renkinqinə daxil olaraq 82-83-ci yeri tutub. "ABB-Moskva"nın bankomat şəbəkəsi 2011-ci ilin əvvəlinə 40 bankomatdan ibarət olub.

"ABB-Moskva" Rusiya ərazisində 100 faizlik Azərbaycan kapitalı ilə fəaliyyət göstərən ilk və yeganə Azərbaycan bankıdır.

Xəbər lenti

Xəbər lenti