...

Beynəlxalq Kipr Universiteti

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2011 17:57 (UTC +04:00)
Beynəlxalq Kipr Universiteti 1997-ci ildə Şimali Kipr Türk Cümhuriyyətində qurulmuş, ingilis dilində tədris verən ali təhsil ocağıdır.
Beynəlxalq Kipr Universiteti

Beynəlxalq Kipr Universiteti 1997-ci ildə Şimali Kipr Türk Cümhuriyyətində qurulmuş, ingilis dilində tədris verən ali təhsil ocağıdır.

Beynəlxalq Kipr Universiteti XXI.əsrin tələbatını ödəyən bütün texnoloji avadanlıqlar və müasir kamp ilə təmin olunmuş, ciddi və güvənilən bir tədris mərkəzinə çevrilmişdir. Universitetin əsas məqsədi ixtisasını mükəmməl mənimsəmiş, komputer bacarıqlarını maksimum səviyyəyə çatdırmış, ingilis dilindən səlist şəkildə istifadə edən tələbələr yetişdirməkdir.

Beynəlxalq Kipr Universiteti müasir dövrün tələbatını ödəyən bütün texnoloji avadanlıqlar və müasir kamp ilə təmin olunmuş, ciddi və güvənilən bir tədris mərkəzidir.

Beynəlxalq Kipr Universiteti öz tələbələrinə Şimali Kipr türk Cümhuriyyətinin ən böyük özəl sektorlarında təcrübə keçib öz bilik və bacarıqlarını üzə çıxarmağa imkan yaratmaqdadır.

Beynəlxalq Kipr Universitetinin əsas məqsədi ixtisasını mükəmməl mənimsəmiş, komputer bacarıqlarını maksimum səviyyəyə çatdırmış, ingilis dilindən səlist şəkildə istifadə edən tələbələr yetişdirməkdir.

Kampusun daxilindəki idman və sosial fəaliyyətlər, klub dərnəkləri tələbələrin kamp həyatının daha rəngarəng keçməsinə səbəb olur.

Bütün bunlarla yanaşı tələbələrin Beynəlxalq Kipr Universitetini tərcih etmələrinin digər səbəbləri bunlardır:

- 28 fərqli ölkədən tələbələr

- Dərslərdə 1/1 komputer / tələbə nisbəti

- 1/20 müəllim / tələbə nisbəti

- YÖK təsdiqli, bütün dünyada qəbul olunan diplomla təminat

- UNESCO dünya universitetləri siyahısında olması

- Elektron kitabxana ilə milyonlarla kitaba yiyələnmə

- 4500 fərqli nöqtədən ödənişsiz və kəsintisiz internetdən istifadə imkanı

- Hər tələbəyə şəxsi e-mail adresi və web sahəsi

- 2460 yataq tutumlu yataqxanalar

Təhsil ödəniş miqdarı

Beynəlxalq Kipr Universiteti Azərbaycanlı abituriyentlər üçün xüsusi paket hazırlayıb ki, bu da digər ölkələrin təhsil ödəniş məbləğinin yarısına bərabərdir. Təhsil haqqı 4446 avro'dur. Paketə daxildir:

- Təhsil haqqı

- 4 nəfərlik yataqxana otağı

- 3 dəfə yemək

- çanta, kitab, dəftər, qələm və.s. texniki ləvazimatlarla təminat

Qeyd:Paketə kommunal xərclər, qeydiyyat və visa rüsumu ödənişi daxil deyil.

Beynəlxalq Kipr Universitetində təhsil almaq istəyən hər bir Azərbaycanlı abituriyent (və ya tələbə) ilkin olaraq aşağıda sadalanan sənədləri hazırlamalıdır:

- 12 ədəd 3x4 ölçülü fotoşəkil

- şəxsiyyət vəsiqəsinin surəti

- xarici pasport

- attestatın (və ya diplomun) notariusda ingilis dilində təsdiqi

Daha sonra abituriyent (və ya tələbə) yuxarıda qeyd olunan sənədlərlə birlikdə Beynəlxalq Kipr Universitetinin Bakı təmsilçiliyinin yerləşdiyi ofisə-Millennium Tourism & Congress DMC şirkətinə gəlməlidir (Nigar Rəfibəyli 12/14). Burda da 2 səhifədən ibarət ərizə forması doldurulmalıdır ki, həmin ərizə formasında abituriyentin adı, soyadı, təvəllüdü, seçdiyi fakultə və.s.qeyd olunur.

İkili Diplom

Beynəlxalq Kipr Universiteti ilə İngiltərənin University of Sunderland və University of Wolverhampton arasında ikili diplom müqaviləsi bağlanmışdır. Aşağıda detalları qeyd olunan razılıqlar çərçivəsində Beynəlxalq Kipr Universiteti tələbələri 3 il bu universitetdə oxuduqdan sonra təhsilin son ilini University of Sunderland və ya University of Wolverhamptonda oxuyaraq həm Beynəlxalq Kipr Universitetinin, həm də İngiltərədə oxuduqları universitetin diplomunu qazanmaq fürsəti əldə edirlər.

Fakultələr

İqtisadi və inzibati idarə etmə fakultəsi (Menecment, Avropa birliyi əlaqələri, Beynəlxalq əlaqələr), Mühəndislik fakultəsi (Kompyuter mühəndisliyi, Sənaye mühəndisliyi, İnformasiya sistemləri mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Enerji sistemləri mühəndisliyi, Ekologiya mühəndisliyi), Turizm fakultəsi (Turizm və hotel menecerliyi), İncəsənət fakultəsi (Memarlıq, Qrafik dizayn, Sənaye məhsulları dizaynı)

Ətraflı məlumat üçün Beynəlxalq Kipr Universitetinin baş təmsilçisi olan Millennium Turizm şirkətinə müraciət edə bilərsiniz. Ünvan: Nigar Rəfibəyli 12/14(MUM-un yanı, Uroloji xəstəxananaın arxası). Əlaqə telefonları:012 497 54 00, 077 271 22 22

Xəbər lenti

Xəbər lenti