...

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi vətəndaşlara turizm şirkətlərindən lisenziya tələb etməyi tövsiyə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2011 16:15 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi vətəndaşlara turizm məhsulunun satışı zamanı ikitərəfli müqavilənin imzalanmasını tələb etməyi, həmçinin xarici ölkələrə turist səfərləri planlaşdırdıqları zaman xidmətlərindən istifadə edəcəkləri turizm şirkətlərinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş xüsusi razılığının (lisenziya) olması barədə məlumat almağı tövsiyə edir.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi vətəndaşlara turizm şirkətlərindən lisenziya tələb etməyi tövsiyə edir

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir A.Axundov/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi vətəndaşlara turizm məhsulunun satışı zamanı ikitərəfli müqavilənin imzalanmasını tələb etməyi, həmçinin xarici ölkələrə turist səfərləri planlaşdırdıqları zaman xidmətlərindən istifadə edəcəkləri turizm şirkətlərinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş xüsusi razılığının (lisenziya) olması barədə məlumat almağı tövsiyə edir. Trend-in məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin cümə axşamı yaydığı məlumatda deyilir.

Bundan əvvəl nazirliyin tədqiqat işləri, statistika və lisenziyalaşıdrma sektorunun müdiri Rəhman Oruclunun dediyinə görə, 2010-cu ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə turizm şirkətləri ilə bağlı müxtəlif xarakterli 5 şikayət daxil olub.

Onun sözlərinə görə, şikayətlərdən bəziləri nazirliyin müdaxiləsi ilə yoluna qoyulub, qalanları isə məhkəmələrə göndərilib.

Hazırda Azərbaycanda 214 lisenziyalaşdırılmış turizm şirkəti fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti