...

Azərbaycanın ÜDM-i il ərzində 0,8 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2011 20:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir N.İsmayılova/

2010-cu ilin yanvar-aprel aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 0,8 faiz artıb. Bu barədə cümə günü Trend-ə Dövlət Statistika Komitəsindən bildiriblər. Cari qiymətlərlə ÜDM göstəricisi 13,7 milyard manat təşkil edib. Adambaşına düşən ÜDM-in həcmi 1522,5 manat (1916,3 dollar) olub.

Dövlət Statistika Komitəsinin hesablamarına görə, ÜDM-in artım tempinin ötən illərlə müqayisədə azalması neft sektorunda hasil olunan əlavə dəyərin həcminin ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 4 faiz azalması ilə əlaqədardır. Təhlilə əsasən, bu göstərici ötən ilin analoji dövründəki səviyyədə qalsaydı, ÜDM-in artımı 3 faiz olardı.

Qeyri-neft sektorunun payı il ərzində 6,2 faiz artaraq ÜDM-in 47,2 faizini (6,5 milyard manat) təşkil edib.

İqtisadiyyatın bütün sahələrində məhsul istehsalının ümumi həcmi 2,5 faiz azalaraq ÜDM-in 64,7 faizini təşkil edib ki, bunun da əsas hissəsi - 55,9 faizi (7,66 milyard manat) sənayenin payına düşür. Xidmət sahəsində əlavə dəyər istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 7,4 faiz artıb və ÜDM-in 29 faizini təşkil edib.

Yanvar-apreldə kənd təsərrüfatı, ov sektoru və meşəçilikdə 395,4 milyon manat əlavə dəyər istehsal olunub ki, bu ÜDM-in 2,9 faizini təşkil edir. Bu rəqəmlər tikinti sektorunda 811,1 milyon manat (5,9 faiz), nəqliyyat və anbar təsərrüfatında 931,3 milyon manat (7,8 faiz), rabitə və poçt xidmətlərində 260 milyon manat (1,9 faiz), sosial və digər xidmətlərin göstərilməsində isə 1,5278 milyard manatdır (11,1 faiz).

Mayın 13-nə olan rəsmi məzənnə 0,7908 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti